Zəfər Günü”nə həsr edilmiş təqdimat müsabiqəsi keçirilib

Məktəbin informatika müəllimi Bənövşə Qurbanovanın təşkilatçılığı ilə 7"Ç",7"D", 7"E", siniflərarası “Zəfər Günü”nə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan! “adlı təqdimat yarışması keçirilib. Şagirdlər ilk öncə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şagirdlər doğma yurdumuza olan sevgilərini, Vətənə olan sonsuz sədaqətlərini təqdimatlarında nümayiş etdiriblər. Sonda 7 "E" sinif şağirdi Məmmədov Ağayarın dolğun məlumatlı və gözəl tərtib edilmiş təqdimatı şagirdlər tərəfindən maraqla qarşılanaraq izlənilib.