Məktəbdə “Maraqlar xəritəsi “ adlı test keçirilib

Təhsil Nazirinin 2021-2022-ci tədris ilində ümumi təhsil məssisələrində peşəyönümü xidmətinin təşkili barədə 29.07.2021-ci il tarixli, F-382 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili üzrə” Fəaliyyət planına əsasən məktəbdə Tədbirlər planı hazırlanıb. Həmin plana əsasən məktəbin psixoloqu Gülsənəm Bayramlı IX siniflərdə “Maraqlar xəritəsi “ adlı test keçirib. Əsas məqsəd “Təhsilalanların fərdi və psixoloji xüsusiyyətlərinin, qabiliyyətlərinin və peşə istiqamətinin, eləcə də sahibkarlıq marağının  öyrənilməsi olub. Şagirdlər maraqla test tapşırığını yerinə yetirib, psixoloqun bu mövzuda maarifləndirici söhbətlərini dinləyib,ona bir neçə sual ünvanlayıblar. Psixoloq sualları cavablandırıb və sonda müxtəlif peşələr haqqında videorolik izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi