Fənn olimpiadalarının məktəb turu keçirilib
Oktyabr ayının 30- da fənn olimpiadalarının məktəb turu keçirilib. Şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika, coğrafiya ,kimya, tarix, informatika fənlərindən özlərini sınayıblar. Fənn olimpiadasının keçirilməsində məqsəd VIII - XI sinif şagirdləri arasında xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması olub. Yüksək nəticə göstərən şagirdlər növbəti turda iştirak edəcək.