Şəhid Tofiq Əmirlinin anım günü keçirilib

Azərbaycan dili və ədəbiyyat müəllimi Əkbərova Aygünün təşkilatçılığı 8”B” sinfinin iştirakı ilə Vətən müharibəsində şəhid olan Tofiq Əmirlinin anım günü keçirilib.Tədbir Cəbiyeva Gülərin şəhid haqqında nəql etdiyi təsviri hekayə ilə başlayıb.Qəhrəman şəhidimizin həyatına dair slaydlar nümayiş olunub,şeirlər deyilib,onun anası ilə son görüşü səhnələşdirilib.Şagirdlər "Mən şəhid oldum", "Millətəm" və "Azərbaycan mahılarını ifa ediblər.Tədbirdə canını Vətən uğrunda qurban verən Tofiq Əmirlinin rəşadətli və qorxmaz mübarizə yolu işıqlandırılmış və qeyrətli Azərbaycan oğlunun xatirəsi dərin hüzn,böyük qürur hissi ilə anılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi