“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilib

Məktəbdə qüdrətli еl sənətkarı Aşıq Ələsgər yaradıcılığına həsr edilmiş şeir müsabiqəsi keçirilib. Şagirdlərdən Mənsimli Hüseyn ,Əlizadə Dəniz,Kərimova Gövhər , Ələsgərova Selin ,Orucova Aylin , Mustafayeva Nərmin , Dərvişli Zəhra Hüseynova Dilbər, İsmayılzadə Zeyd , Hüseynli Tamella Aşıq Ələsgər yaradıcılığının bir -birindən dəyərli nümunələrini söyləyiblər. Şagirdlərin ifalarını qiymətləndirən münsiflər heyəti Aşıq Ələsgərin Azərbaycan aşıq sənəti, milli aşıq poеziyası tarixində şərəfli yеr tutan sənətkarlardan biri olduğunu bildiriblər.
Müsabiqənin sonunda Hüseynli Tamilla 7”B”, Nəsibli Ziya 7”B” və Dərvişli Zəhra 8”A” fərqləniblər.