Şagirdlərimiz Fəxri xiyabanda şəhidlərimizi ziyarət ediblər.

  Məktəbin 7"A" sinif şagirdləri sinif rəhbəri İlahə Əliyevanın təşkilatçılığı ilə II Fəxri xiyabanda olublar. Şagirdlərimiz 44 günlük müharibədə şəhadətə qovuşmuş qəhrəman  əsgərlərimizin məzarlarını böyük ehtiramla yad ediblər. İlahə müəllim şagirdlərə bildirib ki, Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz və  öz vətənini   qəlbi ilə, canı  ilə sevsin, onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazır olsun. Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəfli şəhid adı qazanırlar. Şagirdlər  bu ziyarətdən bir Vətən dərsi aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi