Müstəqilliyimiz əbədidir

Məktəbdə Müstəqilliyimizin Bərpası Günü ilə bağlı silsilə tədbirlər  keçirilib. Məktəbin foyesində  texnologiya müəllimlərinin təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət guşə hazırlanıb.

Məktəbin tarix müəllimi Ofelya Cəfərova 9"B" sinfinin şagirdləri ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda açıq dərs keçirib. Ofelya müəllim qəhrəmanlıqla dolu tarixi keçmişimizə  nəzər salaraq  Müstəqilliyimizin Bərpası Günü haqqında tarixi faktları şagirdlərə çatdırıb.Müzəffər ordumuzun xalqımıza bəxş etdiyi zəfər tariximizdən söhbət açıb. Şagirdlər təqdimatlarla çıxış edərək dövlətçilik tariximizdən danışıblar. Sonda şagirdlərin hazırladığı ”Müstəqilliyimiz əbədidir” videoçarxı nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi