Saz ömrü qədərdir Ələsgər ömrü!

Aşıq poeziyasının  ən uca zirvəsi sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı hamımız üçün əziz və doğmadır.Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  18 fevral 2021-ci ildə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar olaraq sərəncam imzalamışdır. Məktəbdə  Aşıq Ələsgər yaradıcılığına həsr edilmiş silsilə tədbirlər keçirilib.Məktəbin Azərabaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova 10 "B" sinfinin şagirdləri ilə məktəb kitabxanasında  ustad aşığın yaradıcılığına həsr edilmiş müzakirə keçirib.Şagirdlərdən Gövhər Kərimova “Aşıq Ələsgər yaradıcılığında vətənpərlik”,Ayan Əliyeva “Haqq Aşığı Dədə Ələsgər”,Nihad Mərdanzadə “Ustad sənətkar”, Selin Ələsgərova“Qüdrətli şair,ustad sənətkar”təqdimatlar ediblər.Ustad aşığın “Gərəkdi”,”Olmaz” qoşmaları müzakirə olunub. Sonda şagirdlər Aşıq Ələsgərin əbədi olaraq xalqımızın mənəvi mədəniyyətinə daxil olmuş dahi sənətkar olduğunu bildiriblər.Məktəb kitabxanasında keçirilən tədbirdə məktəbin direktoru, kitabxanaçılar,Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi