Cümhuriyyətimizin nəğməkarı

Bu gün məktəbin 9"B" sinfində Əhməd Cavadın anım günü münasibətilə diskussiya keçirilib.
Diskussiya Azərbaycan Respublikasının Himnini oxumaqla başlayıb.
Müzakirədə ədəbiyyat müəllimi Bacıxanım Əliyeva şairin həyatına dair maraqlı faktlar danışaraq, yaradıcılığı haqqında geniş məlumat verib. Əhməd Cavad nəğməkar şair, tərcüməçi, xüsusilə, himnimizin sözlərinin müəllifi kimi müzakirə olunub. Şagirdlər ədibin müxtəlif şeirlərindən parçalar söyləyib, slaydlar təqdim ediblər.
Diskussiyada məktəbin direktoru Kəmalə Qədirova, tərbiyə işləri üzrə direktor müavini İradə İsmayılzadə də iştirak ediblər.