Ugurlarımız

Bakı şəhər ümumi təhsil müəssisələrinin ıx-xı sinif şagirdləri arasında onlayn qaydada həyata keçirilən “Nizami dünyası”adlı intellektual müsabiqədə məktəbimizin xı sinif şagirdi İbrahimova Məryəm Yavər qızı II yerə layiq görülüb.
Müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı”nın icrasını təmin etmək, şagirdlərə dahi Nizami irsini aşılamaq,xüsusi istedada malik şagirdləri üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarət olub.
Qalib İbrahimova Məryəmə diplom və qiymətli hədiyyə təqdim olunub.
Məktəbin pedaqoji kollektivi Məryəmi təbrik edir,məktəbin ugurlarının davamlı olmasını arzulayır.