“Zəfər günü”müz adlı tədbir keçirilib

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amil oldu. 1"A" və 1 "E" sinif şagirdləri də məktəbin fəaliyyət planı əsasında “Zəfər günü”müz adlı tədbir keçirdilər.
İlk dəfə məktəbə qədəm qoyan şagirdlərimiz Xarıbülbül nağılını dinlədikdən sonra “Xarıbülbül” şəklini çəkdilər. 44 günlük müharibədən sonra artıq Xarıbülbülün ətrini doyaraq qoxulayacağımıza bir daha əmin olduq.