Məktəbdə Ümumdünya Psixi Sağlamlıq Günü keçirilib

Hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Məktəbdə Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilib.Məktəbin psixoloqu Güsənəm Bayramlı 10"A" sinfinin şagirdləri ilə bu mövzuda söhbət aparıb. Şagirdlərə depressiya mövzusunda testlər verilib.Məktəbin psixoloqu şagirdlərin suallarını cavablandırıb.Pandemiya dövründə şagirdlərlə apardığı maarifləndirici işlərdən danışıb.Sonda şagirdlər Psixi Sağlamlıq Gününə həsr olunmuş videoçarxa baxıblar.