“Zəfər yolu” inşa müsabiqəsi keçirilib

Məktəbimizdə Təhsil nazirinin “Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinin keçirilməsi haqqında” 2021-ci il 24 sentyabr tarixli F–455 nömrəli əmrinə əsasən VIII–XI sinif şagirdləri arasında “Zəfər yolu” başlığı altında inşa müsabiqəsi keçirilib. İlk öncə şagirdlərə ”Qarabağ Azərbaycandır!”, “Əziz Şuşa, sən azadsan”, “Ordumuzun Zəfər yürüşü”, ”Dəmir yumruğun gücü”, ”Müzəffər ordunun komandanı”, ”Zəfərə aparan 44 gün”, “Şəhidlər ölməz,Vətən bölünməz”, Qızıl hərflərlə yazılan tarix-8 Noyabr”,”  “Mədəniyyət incisi Şuşa “ mövzuları təqdim olunub. Təlimata əsasən şagirdlərə bildirilib ki,  inşa şagird dəftərində, aydın xətlə əlyazma şəklində yazılmalı və 6 səhifədən çox olmamalıdır”. Canlarında,qanlarında Vətən sevdası olan şagirdlərimiz Zəfər tarixindən, qəhrəman oğullarımızdan bəhs edən inşalar yazıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi