Şagirdlər Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkasında olublar

Məktəbin 10 "B" , 9 "Ç"sinif şagirdləri və müəllimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo mərkəzində böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında olublar.
Şagirdlər Sərgi-yarmarka zamanı çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evləri ilə tanış olub , Hüseyn Cavidin Ev Muzeyinin işçiləri ilə maraqlı söhbətlər aparıb,”Təhsil” Nəşriyyat Evinin kitabları ilə tanış oublar.Eyni zamanda Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri əsasında süjetli nağılları dinləyiblər.Sonda şagirdlər bu ekskursiyadan xeyli faydalandıqlarını bildiriblər.