MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARININ FƏALİYYƏTİNƏ START VERİLDİ

Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Öz doğmalarının əllərindən tutub məktəbə gələn körpə fidanlar məktəbin pedoqoji kollektivi tərəfindən çox səmimi qarşılanıb.Məktəbdə   keçirilən tədbirdə çıxış edən  məktəbin direktoru  5 yaşlı uşaqlara təhsillərində uğurlar arzulayıb.5 yaşlı uşaqlar və valideynlər pandemiya şəraiti  baxımından bütün qaydalara əməl edərək məsafə saxlamaqla məktəb kollektivi tərəfindən qəbul olunub.Məktəbəhazırlıq qruplarında  “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçiriləcək. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.Gələcəyimiz olan körpələrə gələcək təhsil və tərbiyələrində uğurlar,sağlam həyat arzulayırıq.
 
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi