Şagirdlərimiz Fəxri xiyabanda şəhidlərimizi ziyarət ediblər.

Məktəbimizdə Anım Günü ilə bağlı tədbirlər davam edir.Qəhrəman oğullarımızı yad etmək, onlara yüksək ehtiramlarını bildirmək üçün 7b sinif şagirdləri və sinif rəhbəri Zenfira Abdullayeva Fəxri xiyabanda şəhidlərimizi ziyarət ediblər. Şagirdlər bu müqəddəs ziyarətgahda şəhidlərimizi ziyarətə gələn müdafiə naziri Zakir Həsənov və qazilərlə xatirə şəkli çəkdiriblər. Qəlblərində Vətən sevgisi olan şagirdlər Fəxri xiyabanda Vətən dərsi keçiblər.. Qəhrəman oğullarımızın şücaətindən söz açıblar. Şəhidlərin illər, əsrlər,minilliklər keçməsinə bamayaraq, heç vaxt unudulmayan qəhrəmanlar olduğunu söyləyiblər. Onlar şəhidlərin canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını qanı ilə yazanlar olduğunu bildiriblər. Şəhidlərin Azərbaycan xalqının kimliyini, mənliyini qoruyan qəhrəmanlar olduğundan böyük fəxarətlə ,qürurla danışıblar.