Məktəbdə qazilərlə görüş keçirilib

Məktəbdə 27 Sentyabr Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə iştirak edən şagirdlər ilk öncə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Tədbirdə ikinci Qarabağ müharibəsinin qaziləri Kənan Şərifov ,Əli Aslanov  iştirak edib.Tədbirin təşkilatçısı tarix müəllimi Ofelya Cəfərova şagirdlərə bu qələbənin  şanlı hərbi qələbə, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə olduğunu bildirib. Şagirdlər təqdimatlarında bildiriblər  ki, tarixin ən ağır sınaqlarından  üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə  dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz  məhəbbəti  olub. Tədbirdə çıxış edən qazilər ağır,şərəfli döyüş yollarından danışıblar. Şagirdlər Vətən müharibəsində şücaət göstərmiş əsgərlərin qəhrəmanlıqlarını əks etdirən   videoçarxı izləyiblər. Tədbirin sonunda  məktəbin foyesində qazilərlə xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi