Məktəbin müəllim və şagird kollektivi şəhidlərimizi ziyarət ediblər

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. 27 Sentyabr Anım Günü münasibətilə məktəbin müəllim və şagird kollektivi İkinci Fəxri xiyabanda torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanınından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı ziyarət ediblər. Qəhrəmanlıqları ilə dastan yazan igid oğul və qızlarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir ən böyük şərəf və qürurdur. Fəxri xiyabandan qayıdanda şagirdlərin ürəyində Vətən sevgisi,doğma yurda məhəbbət vardı. Onlar Vətən uğrunda canından keçmiş şəhidlərimizin davamçıları ,sabahın əsgərləri idi.