“21 Sentyabr- Beynəlxalq Sülh Günüdür”

Sülh  - əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülh- azadlıq, bərabərlik və ədalətdir. Sülh- hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir.BMT bu günü  1981-ci ildə təsis  edib.İlk sülh günü  1981-ci ilin sentyabrında qeyd olunub. 2001 –ci ildə Birləşmiş  Krallıq tərəfindən  təklif olunan  qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün  21 sentyabr tarixini  dəqiq tarix kimi müəyyənləşdirib və bu  tarixi  ümumdünya atəşkəs günü elan edib. 
 Məktəbimizdə   “Sülh Günü” münasibətilə tədbirlər keçirilib. İbtidai sinif müəllimlərinin təşkilatçılığı ilə şagirdlərin asfalt üzərində  rəsm müsabiqəsi keçirilib. Şagirdlərə sülh günü haqqında məlumat verilib. Tanınmış Azərbaycan  ədiblərinin sülh mövzusuna  həsr etdiyi  əsərlərdən  nümunələr söylənilib.Şagirdlər  öz  təqdimatlarında   bildiriblər  ki, dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qabağını almaq üçün birləşməlidir. Müəllimlər öz çıxışlarında  qeyd ediblər ki, 21 Sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir . 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi