18 sentyabr - Milli Musiqi Günüdür

18 sentyabr Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildən bəri dahi bəstəkarın doğum günü respublikamızda Milli Musiqi Günü kimi qeyd ediilir.
Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur.
Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur.
Bu il Musiqi Günü ölkəmizdə daha fərqli, böyük qürurla qeyd olunub. Məktəbimizdə də Musiqi Günü keçirilib. Məktəbin musiqi müəllimi Kişvər Tağıyeva bu münasibətlə onlayn tədbir keçirib.Tədbirdə müəllim Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra böyük bəstəkarın əsərlərindən parçalar səslənib. Daha sonra şagirdlərin hazırladığı video materiallar nümayiş olunub. Şərqdə ilk operanın yaradıcısı olan Üzeyir Hacıbəylinin ,,Koroğlu” , “Leyli və Məcnun”, operalarından və musiqili komediyalarından söz açılıb və parçalar səslənib.
Tədbirdə musiqi müəllimi” Xarı bülbül” festifalının Qafqazın Konservatoriyası olan Şuşa şəhərində keçirilməsindən geniş söhbət açıb. Möhtərəm Prezidentimizin festifaldakı çıxışının videoçarxı nümayış olunub. Bu baxımdan əvvəlki illərdən çox fərqlənən Milli Musiqi Günü münasibəti ilə keçirilmiş tədbir şagirdlərdə böyük qürur və iftixar hissi yaradıb. Tədbirin sonunda müəllim qeyd edib ki, bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.