Təhsildə xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlərə fərqlənmə attestatı verildi

Məktəbimizin şagirdləri 2020-2021 – ci tədris ilini uğurla başa vurdular. Məktəb üzrə 10 nəfər şagirdimiz ümumi orta təhsil , 1 nəfər şagirdimiz isə tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. Bildiyimiz kimi , ümumi orta təhsil və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun olan məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam orta təhsil səviyyələrində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması) daxildir. Onu da qeyd edək ki, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Fərqlənmə attestatı alan şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.