26 iyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

26 iyun Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün ən dəyərli, tarixi günlərdən biridir. Hər il tarixi bayram kimi, qeyd olunan bu gün , bu il tamam başqa cür, daha yüksək səviyyədə qeyd olunub. 44 günlük Vətən müharibəsində igidlik göstərən Azərbaycan Silahlı qüvvələrinin əsgərləri sırasında məktəbimizin məzunları da iştirak edib. Onların vətən uğrunda fədakarlıqla vuruşması Dövlət başçısı Cənab İ.Əliyev tərəfindən yüksək mükafatlandırılıb. Həmin igidlərimizin şərəfinə məktəbin dəhlizində geniş bir lövhə yaradılıb. Onların keçdiyi rəşadətli döyüş yolu bütün şagirdlərimizə bir örnək, vətən dərsinə çevrilib. Bu gün daha böyük inkişaf yolunda olan fədakar ordumuzun qələbəsi hər bir azərbaycanlının qürur və iftixarına çevrilib .