Açıq havada riyaziyyat dərsi

Hər gün olduğu kimi hələ də məktəbimizdə ,,Yay məktəbi,,nin əyani dərsləri davam edir. Beləki məktəbin riyaziyyat müəllimləri Mətanət Məmmədova  və İlahə Ramazanova 5"A" və 5"B" sinif şagirdləri ilə "Dədə Qorqud" parkında açıq havada riyaziyyat dərsi keçiblər. Onlar lövhədə şagirdlərə tapşırıqlar verib sonra ayrı-ayrılıqda hər bir şagird öz həllinin izahını verib. Məntiqi riyazi oyunlar keçirilib. Dərsdə fəallıq göstərən şagirdlərə təşəkkür olunub. Daha sonra şagirdlər dama oyunları oynayıb.Təbiətin qoynunda həm istirahət edən,həm də riyazi biliklərini təkrar yada salan şagirdlər keçirilmiş dərslərindən çox məmnun qalıblar. Şagirdlər dərsin sonunda yayaqalan günü şəkil çəkdirməklə başa vurublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi