Yay məktəbinin şagirdləri Səməd Vurğunun ev muzeyinə ekskursiya ediblər.

“Yay məktəbi “nin fəaliyyət planı çərçivəsində bu gün ekskursiyalara həsr olunub. Şagirdlər fənn müəllimləri tərəfindən tez-tez ekskursiyalara aparılır,bir-birindən maraqlı kitab müzakirələri keçirilir. Bu gün də həmçinin məktəbin 5"B" sinif şagirdləri üçün səmərəli bir gün oldu. Onlar Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ev muzeyində olublar. Muzeyin bələdçisi şairin həyatı, yaradıcılığı haqqında şagirdlərə məlumat verdi. Səməd Vurğunun Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdən, uşaqlığından, gənclik illərindən maraqlı faktlar danışdı. Eyni zamanda şairin muzeydə saxlanılan şəxsi əşyaları nümayiş etdirildi. Yaxın dostlarının şair haqqında xatirələrindən söz açdı. Yay məktəbinin şagirdləri üçün bu gün çox faydalı bir gün oldu. Sonda şagirdlər muzeydə xatirə şəkli çəkdirdilər.