Hərbi Qənimətlər parkına ekskursiya

Məktəbimizin müəllimləri Talıbova K, Əkbərova A, Hüseynova A, Beybudova S, Əliyeva İ, Abdalova İ və Əliyeva F. rəhbərliyi ilə yay məktəbində olan 6 "A", 6 "C", 7 "A", 7 "B", 8 "A" sinif şagirdləri ilə "Hərbi Qənimətlər Park"ına ekskursiya təşkil olunub. Şagirdlər parkın ümumi ərazisini gəzib sərgilənən qənimətlərlə ( zirehli texnika, artilleriya silahları,qoşqular və.s) yaxından tanış oldular. Eyni zamanda müəllimlər 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında necə məğlub etməsi haqqında şagirdləri məlumatlandırdılar .Şagirdlər qürur və maraqla danışıqları dinlədilər və keçirilən ekskursiya onlarda vətənpərvərlik hissləri oyatdı.