Bu gün “Yay məktəbi” maraqlı tədbirləri ilə davam edib.

     Belə ki, məktəbin psixoloqu G.Bayramlı 1c sinif şagirdlərinə müxtəlif tapşırıqlar verib, onlarla “Kaktus” testi keçirib.

     Şagirdlərdə aqressiyanın olub-olmamasını, əməkdaşlıq etmək bacarıqlarının səviyyəsini aşkarlamaq üçün oyun xarakterli maraqlı işlər görüb.

     Sonda şagirdlərin dinləyib-anlama bacarıqlarını və yaddaşlarını inkişaf etdirmək üçün şən oyunlar oynanılıb.

    2e sinif müəllimi F.İsmayılzadə şagirdləri ilə birlikdə məktəbin həyətində “Sağlam qida” mövzusunda söhbət aparmış, meyvə və ərzaqlardan maraqlı kompozisiyalar hazırlamışlar. Şagirdlər böyük həvəslə hazırladıqları əl işlərini münsiflərə təqdim etmişlər.

    3c, 3e sinif müəllimləri şagirdləri ilə birlikdə “Yay məktəbi” layihəsi çərçivəsində “Mərkəzi nəbatat bağına” ekskursiyaya getmişlər. Burada müxtəlif ağaclar haqqında məlumat toplamış, nadir ağacların xüsusiyyətlərini araşdırmışlar. Sonda şəkil çəkib, istirahət etmişlər. Əylənərək öyrənmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi