Yay məktəbində faydalı bir gün

Məktəbimizdə yay məktəbinin işi davam edir. Hər səhər bir qayda olaraq şagirdlərlə idman müəllimləri musiqi sədaları altında idman hərəkətlərini numayiş etdirirlər. Hər gün  dərslər  fənn müəllimləri  tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş  proqram əsasında keçirilir. Dərslərin müəyyən qismi açıq havada keçirilir, müəllimlər şagirdlərdə  motivasiya yaradan   müxtəlif  təlim üsullarından  istifadə edirlər. İbtidai sinif müəllimləri   Məlahət Həsənova və Zülfiyyə Məmmədova  I-ci sinif şagirdləri ilə "Nağıllar aləminə səyahət" mövzusunda maraqlı oyun  keçirdilər. Həmin nağıllar əsasında şagirdlər  rəsmlər çəkmiş və nağıl qəhrəmanlarının obrazlarını  düzəldiblər. Bununla bərabər I-ci sinif şagirdləri ilə sinif müəllimi Naidə Əliyeva "İrsimiz" mövzusunda söhbət aparıb. Bu mövzuda aparılan söhbətlər şagirdlərdə milli irsimizə bağlılıq ruhu yaradıb. 5 ”B” sinfində E.Porterin  “Polyana “əsərinin mütaliəsi keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova şagirdlərə qrup işi verib. Şagirdlər  əsərdəki əsas obrazları təhlil edib, eyni zamanda əsərə  öz münasibətlərini bildiriblər. Günün sonunda fiziki tərbiyə  müəllimləri Toğrul Quluzadə və Rauf Abbasovun iştirakı ilə 3 “C” və 3 “D” sinif şagirdləri maraqlı bir estafet nümayiş etdirdilər. Nəticədə dostluq qalib gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi