Yay Məktəbi

Məktəbdə "Yay məktəbi" nin işləri davam edir. Beləki, məktəbdə keçirilən məşğələlər,əyləncəli və intellektual oyunlar şagirdlərin daha çox marağına səbəb olur. Məktəbin kiçik yaşlı şagirdləri bu gün öz müəllimləri ilə bərabər "Koroğlu" parkına ekskursiya edib. Ekskursiya.zamanı şagirdlər tarixi məlumatlar almaqla yanaşı maraqlı oyunlar keçirib, açıq havada rəsmlər çəkib, bir-birləri ilə sual -cavab aparıblar. Bu canlı və səmimi diskusiyalar, söhbətlər şagirdlərin həm nitqinin düzgün formalaşmasına, həm fizioloji ,həm psixoloji, həm də lazımı biliklərlə mariflənməsində çox böyük əhəmiyyət kəsb edib. Şagirdlər açıq havada keçirilən ekskursiya xarakterli dərslərdən çox məmnun olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi