Yay məktəbi fəaliyyətə başlayıb

Məlum olduğu kimi Azərbaycan Respublikası Təhsil Naziri E.Əmrullayevin təşəbbüsü ilə 2021-ci ilin 16-30 iyun tarixlərində Dövlət ümumi təhsil müəssisələrində "Yay məktəbləri" fəaliyyətə başlayıb. Bu gözəl təşəbbüsə məktəbimiz də qoşulub.Məktəbin direktoru K.Qədirova yay məktəbinə ərizə ilə müraciət etmiş valideynlər və şagirdlərlə görüşərək onlara iki həftə ərzində iştirak edəcəkləri dərslərin çox maraqlı, yadda qalan olacağı haqqında geniş məlumat verib .Məktəb rəhbəri qeyd edib ki, şagirdlər məktəbə sərbəst geyimlərdə gələrək, proqram materiallarında olan kəsirlərini öyrənməklə yanaşı, dərslər zamanı oyunlarda, müxtəlif əyləncələrdə, iştirak edəcək, fənlərarası inteqrasiyalar aparacaq, açıq havada oyunlarda iştirak edəcək, məktəbdə xüsusi ayrılmış otaqlarda film və mühüm tarixi məlumatlar və s. izləyəcəklər. İntelekt səviyyəli keçirilən dərslərdə xüsusi proqramlardan istifadə olunacaq. Daha sonra şagirdlərin tarixi,mədəni abidələrə ekskursiyalarının təşkil olunması haqqında da məlumatlar verilib.Tədbirdə iştirak edən qonaqlar məktəbimizdə təşkil olunmuş "Yay məktəbi" nin qısa lakin maraqlı proqramından çox razı qalıblar.