Son zəng günü qeyd olundu

Bu gün Respublikanın bütün məktəbləri kimi bizim məktəbimiz də bayram libası geyinib. XI illik doğma ocağına əlvida deyən  məktəbin XI sinif şagirdlərinin böyük ruh yüksəkliyi və təntənə ilə "Son Zəng" tədbiri keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə  Nəzarət Şöbəsinin əməkdaşı Reyhan Ağayeva iştirak edib.Bundan əlavə tədbirdə məktəbimizin məzunu olmuş, 44 günlük Vətən müharibəsinin iştirakçıları,qaziləri də iştirak edib.Tədbirdə çox səmimi çıxış edən Kəmalə xanım Qədirova həyata atılan  XI sinif şagirdlərinə uğurlar arzulamış və DİM-in buraxılış imtahanlarında yüksək bal toplayan şagirdləri Fəxri Fərmanla mükafatlandırıb.Daha sonra çıxış üçün söz on birincilər verilib.Onlar öz arzu və istəklərini müəllimlərinə bildirib.Bir saat davam edən tədbirdə məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda mahnılar səslənib.Ölkəmizə,xalqımıza və dövlətimizə uğurlu gələcək arzulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi