“Nizami Gəncəvi yaradıcılığı Rəqəmsal Bacarıqlarda – Model hazırlama” adlı müsabiqə

Riyaziyyat – informatika müəllimi Ramazanova İlahə  8 iyun 2021 – ci il tarixində  Bakı şəhər Təhsil idarəsinin müvafiq əmrinə əsasən Nizami Gəncəvinin 880 illik yubuliyeyinə həsr olunmuş “Nizami yaradıcılığı Rəqəmsal bacarıqlarda – Moldel hazırlam”  müsabiqəsi keçirtdi. Müsabiqə STEAM layihəsinin tədris olunduğu 6 – 7-ci sinif şagirdləri arasında təşkil olunmuşdur.Şagirdlər Tinkercad proqramında hazırladıqları modelləri təqdim etdilər.Hazırlanan işlərdən 7  "D" sinif şagirdi Ələkbərova Afaqın hazırladığı Nizami məqbərəsi, 6 "C" sinif şagirdi Hacıyeva Fatimənin “Kərpic kəsən kişinin nağılı”nı səhnələşdirməsi, 7 "B" sinif şagirdi Kərimov Davudun -  Nizami məqbərəsi xüsusi ilə fərqləndi .Şagirdlərdən Adıgözəlov Etibarın Nizami məqbərəsini əl işi model şəklində hazırlaması diqqətdən kənarda qalmadı.Xüsusi məqamlardan biri də müsabiqə işlərini müəllimlərlə yanaşı münsif şagird kimi informatika bankına daxil edilən 9 "B" sinif şagirdləri Sayadlı Aydın, Mirzəyev Murad və Hüseynov Kənan dəyərləndirdilər.Müsabiqədə eyni zamandan direktor müavini İsmayılzadə İradə, müəllimlər Abdulrahmanova Almaz, Səmədova Elnarə, Mahmudova Samirə, Tağıyeva Nərminə iştirak etdilər. Sonda fərqlənən şagirdlər fəxri fərmanla mükafatlandırıldılar.

Ələkbərova Afaq I yer,Kərimov Davud II yer, Hacıyeva Fatimə III yer,Adıgözəlov Etibar III yerə layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi