İstedadlı gəncin rəsm sərgisi təşkil olundu

Məktəbimizin istedadlı gənc rəssamı, 10 sinif şagirdi Məcidli Qiymətin rəsm işlərindən ibarət sərgi təşkil edildi. Sərgidə gənc rəssamın öz yaradıcı təxəyyülünə əsasən müxtəlif kompozisiyalar şəkillərdə əks olunmuşdu. Müxtəlif janrda rəsm əsərləri nümayiş olundu. Rəsm işlərində Azərbaycanın gözəl təbiəti, 44 günlük müharibənin qəhrəmanları, müxtəlif tarixi şəxsiyyətlər öz əksini tapmışdı. Gənc rəssamın sərgisi şagirdlərin və müəllim kollektivinin böyük marağına səbəb oldu.