Bu günün uşaqları sabahın böyükləri

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Bu gün 1 İyun ənənəvi olaraq Dünya Uşaqlar Günü kimi keçirilir. Daha dəqiqi, bu gün Dünyada Uşaqların Qorunması Günü (Uşaqların Beynəlxalq Müdafiəsi Günü) olaraq bayram edilir.