Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 27.11.2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azəbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  23.12.2020-ci il tarixli F-560 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının aidiyyəti bəndinin icrasını təmin etmək məqsədi ilə  məktəbin  10 "B"sinfində “ Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin tərbiyə üzrə direktor müavini İradə İsmayılzadə ,sinif rəhbəri Güləbətin Məhərrəmova ve məktəbin psixoloqu Gülsənəm Bayramlı çıxış ediblər. Şagirdlər də məişət zorakılığına qarşı ciddi etiraz edib,ona qarşı çıxmağın zəruri olduğunu bildiriblər.Bu gün cəmiyyətdə məişət zorakılığı ilə bağlı problemlərdən danışıblar.Sonda şagirdlər “Məişət zorakılığına etiraz “ adlı videoçarxı izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi