Çovqan oyunu keçmişimizdən bu günümüzə

Məktəbin idman müəllimi Aslan Mürsəlov 8"B" sinif şagirdləri ilə birgə qədim Qarabağ idman oyunlarından biri olan Çovqan oyunu haqqında geniş məlumatlarla zəngin olan tədbir keçirilib. Müəllim tədbirdə bu qədim oyunun tarixi, hərbi strateji əhəmiyyəti haqqında məlumatlar verib.Tədbirdə bir sıra milli dəyərlərimiz kimi Çövkən oyununun YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olması haqqında danışılıb. Şagirdlərin xüsusi marağına səbəb olan bu qədim oyunun keçirilməsi ilə bağlı slaydlar göstərilib.Eyni zamanda xalqımızın tarixini özündə əks etdirən ,,Dədə Qorqud ,,filmindən bu oyunla bağlı kadrlar nümayiş olunub.