“Kiçik Akademiya”nın “Poeziya dünyasının dahisi “adlı təqdimatı keçirilib

Məktəbdə  fəaliyyət göstərən “Kiçik akademiya”  üzvlərinin   növbəti  təqdimatı dünya ədəbiyyatı  xəzinəsinə çox böyük töhfələr bəxş etmiş ,poeziya dünyasının dahisi   Nizami Gəncəvinin 880  illik  yubileyinə həsr edilmişdir.  “Kiçik Akademiya” üzvləri “Poeziya dünyasının dahisi” adlı   təqdimatlarla çıxış  ediblər.Təqdimatlarda bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami Gəncəvi  yaradıcılığının   xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrildiyini, böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyətinin  həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlı olduğunu, şairin  ömrü boyu burada yaşayıb yaratdığını, və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etdiyini bildiriblər. Şagirdlər mütəfəkkir şairin məşhur “Xəmsə”sinin  insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğunu qeyd  etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi