Gözün aydın, ulu məskən... 103 il

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşub. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edilib.
Müstəqil respublikanın yaranmasının 103 illiyi münasibətilə məktəbimizin 6"B" sinif şagirdləri“ Gözün aydın, ulu məskən” adlı tədbir-dərs keçiriblər. Şagirdlər ulu öndərin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şücaətindən söhbət açıblar. Söhbət maraqlı diskussiyaya yol açaraq torpaqlarımızın azad edilməsinə gətirib çıxarıb. Şagirdlər şeirlər və mahnılar nümayış etdiriblər. H.Qəzənfərin oxuduğu mahnı iştirakçıların qəlbini qürur hissi ilə doldurub.
Adil Qurbanzadə tədbirin sonunda ayağa qalxaraq: “Zəfər çalan bir ölkənin vətəndaşı olmaq həqiqətən də qürurvericidir”,- dedi. Bu qürurverici anları bizə yaşadan prezidentimizə dərin təşəkkürümü bildirir və bütün dünyaya hayqırmaq istəyirəm: Azad olunmuş torpaqlarımız bizi gözləyir. Oraları gülüstana döndərəcəyik, yaşayacağıq, artacağıq, çoxalacağıq, düşmənin gözlərinə neştər kimi batacağıq.”