Kiyev şəhərinin 247 nömrəli məktəbinin şagirdləri ilə telekörpü

Məktəbin 10 "D"sinif şagirdləri tarix müəllimi İrina Bediyeva və eyni zamanda tərbiyə işləri üzrə direktor müavini İradə İsmayılzadə ilə birgə Ukraynanın Kiyev şəhərində olan 247 nömrəli məktəbin şagirdləri ilə telekörpü yaradıb. Şagirdlərimiz ukraynalı yaşıdları ilə çox səmimi görüş keçirib.Görüş zamanı hər iki ölkənin şagirdləri öz vətənindən,adət-ənənələrindən, tarixi yerlərindən, təhsil sistemindən söhbət açıblar. Ukraynalı şagirdlər qeyd ediblər ki, onların təhsil aldığı məktəbdə 48 nəfər azərbaycanlı təhsil alır. Daha sonra şagirdlərimiz ölkəmizdən, Bakı şəhərindən öz yaşıdlarına məlumat veriblər, eyni zamanda Azərbaycan adlı bir məmləkətin tolirant bir ölkə olmasından söhbət açıblar. Xeyli vaxt çəkən telekörpü hər iki ölkənin şagirdlərində çox səmimi, yaddaqalan hislər yaradıb. Şagirdlər belə görüşlərin tez-tez olacağına səmimi duyğularla əmin olduqlarını bildiriblər. Dostluq, əməkdaşlıq və duyğusal görüşdən şagirdlər məmnunluq hissi ilə ayrılsalar da bu görüşlərin axarlı və davamlı olacağına söz veriblər.