Ümümdünya Ətraf Mühit Günü

Ümümdünya Ətraf Mühit Günü münasibəti ilə məktəbin şagirdləri "Hər birimiz bir Fidan" adlı agacəkmə aksiyasında fəal iştirak ediblər. Məktəbin həyətyanı sahəsində şagirdlər yaşıl təbiətin insan orqanizminə necə faydalı olması ilə əlaqədar olaraq, bu aksiyada çox fəallıq göstərərək, məktəb həyətində yaşıl fidanlar basdırıb. Bundan əlavə onlar ağacların və gül kollarının diblərini belləyib, su veriblər .Hazırkı pandemiya şəraitində yaşıl təbiətin insanın ağ çiyəri olmasını yaxşı dərk edən şagirdlər, belə aksiyaların ardıcıl keçirilməsində həmişə fəal olacaqlarını bildiriblər.