İkinci Qarabağ müharibəsi - tariximizin ən şərəfli səhifəsidir

Məktəbin Azərbaycan dili müəllimi Gülnarə Həsənova 9ç sinif şagirdləri ilə birlikdə ,, İkinci Qarabağ müharibəsi - tariximizin ən şərəfli səhifəsidir '' mövzusunda onlayn tədbir keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxumması ilə başlanıb. 9"Ç" sinif şagirdi Fatimə İbrahimli “İkinci Qarabağ müharibəsi 2020” adlı təqdimatla çıxış edib. Təqdimatda 44 günlük Vətən müharibəsinin başlanması, torpaqlarımızın düşmənlərdən azad edilməsi, otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyulması haqqında fikirlər bildirilib. Sonda şagirdlər Vətən müharibəsini əks etdirən videoçarxı izləyiblər.