Şagirdlərimiz İncəsənət Muzeyində ekskursiyada

Muzeylər xalqımlzın milli-mənəvi dəyərlərini özündə əks etdirən mükəmməl məbədlərdir.
Beynəlxalq Muzeylər Günü münasibəti ilə məktəbin müəllimi Elnarə Səmədova 6-cı sinif şagirdlərini İncəsənət Muzeyinə ekskursiyaya aparıb. Əvvəlcə şagirdlərə muzeyin yaranma tarixi haqqında məlumat verilib. Daha sonra şagirdlər muzeyin ayrı-ayrı şöbələrini ziyarət ediblər. Muzeyin əməkdaşları tərəfindən ətraflı məlumatlar alan şagirdlər burada Avropanın və Azərbaycanın məşhur rəssamlarının əsərlərinə böyük heyranlıqla tamaşa ediblər. Muzeydə dünya şöhrətli Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun nümayiş olunan rəsm və portret əsərləri şagirdlərin çox xoşuna gəlib. Muzeylə ətraflı tanışlıqdan sonra şagirdlər xatirə şəkli çəkdirib.