Onlar əbədi yaşayacaqlar

Məktəbimizdə 9"E" sinfinin iştirakı ilə İkinci Qarabağ müharibəsində torpaqlarımızın erməni faşistlərindən azad edilməsində igidlik göstərmiş, canlarından keçmiş qəhrəman oğullarımıza həsr edilmiş onlayn tədbir keçirilib. Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnarə Həsənova şagirdlərə Vətən sevgisinin hər şeydən öndə gəldiyi, Vətənin ana kimi müqəddəs olduğu və onun uğrunda canını fəda edənlərin ən yüksək məqam olan şəhidlik zirvəsinə ucalmalarını bildirdi. Sonra 9"E" sinif şagirdləri Mədinə Ağayeva, Cavid Quluzadə, Ella Kərimova, ilqar Qafarov, Cavid İbrahimov, Aysel Hüseynova təqdimatlarını paylaşım ediblər. Şagirdlər təqdimatlarında torpaqlarımız uğrunda vuruşmuş oğullarımızın - Polad Həşimov, Xudayar Yusifzadə, Abbas Yaşar oğlu Abbaslı, Həmid Cavanşir oğlu Abbasbəyli, Nurlan Etibar oğlu Ağakişiyev, Rəvan Yusif oğlu Əliyev, Azər Elnur oğlu Əliyev, Muxtar Qasımlı və Ahəstə Baxışovanın göstərdikləri şücaətdən danışıblar. Bildiriblər ki, belə qəhrəmanların sayəsində biz artıq mayın səkkizini Şuşanın işğal günü deyib ağlamayacağıq. Çünki Prezidentimizin rəhbərliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində fəxrlə 8 Noyabrı - şanlı qələbəmizi qeyd edəcəyik.
Tədbirin sonunda mövzuyla bağlı kiçik videoçarxa tamaşa edilib.