Məktəbdə “Nizami dünyası”adlı intelektual müsabiqə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Nizami dünyası” adlı intellektual müsabiqənin təşkili və keçirilməsi barədə 26.04.2021-ci il tarixli F-100 nömrəli əmrinə əsasən məktəbimizdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 ilik yubileyi münasibətilə IX- X siniflər arasında “Nizami dünyası” adlı intellektual müsabiqə keçirilib. Şagirdər Teams platforması üzərindən paylaşılan suallarla tanış olublar. Münsiflər heyəti tərəfindən ətraflı, aydın cavab verən X sinif şagrdi İbrahimova Məryəm qalib seçilib.