Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olundu

Xalqımızın böyük oğlu,dahi Şəxsiyyət H.Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə keçirilən tədbirlər məktəbin bütün müəllim və şagird köllektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.Bununla.əlaqədar olaraq davam edən silsilə tədbirlər ana dili və ədəbiyyat müəllimi S.Allahverdiyevanın rəhbərliyi ilə ,10a sinif şagirdlərinin iştirakı və çıxışları ilə keçirilib.Tədbirdə müəllimin  giriş verdiyi çıxışdan sonra şagirdlərin təqdimatları və çıxışları olub.Eyni zamanda şagirdlərin rəngli boya ilə çəkdikləri  şəkillər,hazırladıqları slaydlar,video-çarxlar çox maraqlı və yaddaqalan formada təşkil olunub.Dahi şəxsiyyətin gənclərə,təhsilə ,müəllimlik peşəsinə verdiyi dəyər göstərdiyi atalıq qayğısından söhbət açılıb.Tədbirin sonunda böyük siyasətçinin dilindən çıxan aforizmlər şagirdlər tərəfindən söylənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi