9 May-faşizm üzərində qələbə günü qeyd olundu

Artıq 76 ildir ki, 9 May-faşizm üzərində qələbə günü kimi qeyd olunur. Əlbəttə, bu qələbə heç də asan başa gəlməyib.Yüzlərlə, minlərlə həmyerlilərimiz ,Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından keçiblər.Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə,günlərlə vuruşublar.170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi,130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Bu sözlər məktəbdə ,,Alman faşizmi üzərində qələbənin ildönümü münasibəti ilə keçirilmiş tədbirdə qeyd olunub. Məktəbin tarix müəllimləri O.Cəfərova və İ.Beydiyeva 9 və 10 -cu siniflərdə keçirdikləri tədbirdə o qanlı -qadalı illərdən söhbət açaraq ata-babalarımızın qəhrəmanlıq səhifələrini varaqlayıblar. Bundan əlavə Böyük Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş igid vətən oğullarının keçdiyi igidlik yolunu əks etdirən filmlərdən kadrlar nümayiş olunub. Faşizm üzərində olan qələbənin bu il fərqli bir ampulda keçirilməsindən söhbət açılıb.1941-1945-ci il döyüşlərində faşizmə qarşı mübarizə aparan igid babaların nəvələri 44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qələbə çalmasından, əzəli və əbədi Azərbaycan torpaqlarının geri alınması kimi rəşadətli Azərbaycan ordusunun qələbəsindən söhbət açaraq çox maraqlı inteqrasiya aparıblar.Tədbirdə şagirdlərin maraq dolu sualları ətraflı cavablandırılıb.