Ulu Öndər Heydər Əliyev 98

Ümummilli Lider Heydər Əliyevin 98 -ci ildönümü münasibəti ilə məktəbdə silsilə tədbirlər davam etməkdədir. Bu məqsədlə məktəbin tarix müəllimləri Şaxmalıyeva Səbinə 8"Ç" sinif şagirdləri ilə, Abbasova Olqa 7"D", İrina Beydiyeva isə 10 "D" sinif şagirdləri ilə çox maraqlı və yaddaqalan tədbir keçirib. Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin təhsilə, müəllimlik peşəsinə verdiyi dəyərlərdən söhbət açılmış, maraqlı xatirələr və səs yazıları səsləndirilib. Azərbaycanın çiçəklənməsi,övladlarının xoşbəxt, bəxtiyar böyünəsi, mükəmməl təlim və tərbiyə alması üçün əzmlə çalışan, dahi Şəxsiyyət həmişə təhsilə önəm vermiş, neçə-neçə azərbaycanlı övladlarının xaricdə təhsil almasını təşkil etmişdir. Bu barədə tədbir zamanı aparılan söhbətlər, diskusiyalar şagirdlərdə böyük maraq.oyadıb. Bundan əlavə şagirdlərin təqdimatları, videoçarxlar tədbir zamanı nümayiş olunub.