”Ana dili millətin mənəvi diriliyidir”

Məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırovanın təşkilatçılığı ilə 10b sinif şagirdlərinin iştirakı ilə”Ana dili millətin mənəvi diriliyidir” mövzusunda Teams platforması üzərindən onlayn tədbir keçirilib. Müəllim bildirib ki, Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan ən güclü vasitədir. Dilimiz milli sərvətimizdir. Dilimiz varsa biz də varıq. Şagirdlər çıxışlarında Ulu öndərimiz Heydər Əliyevin dilimiz haqqında unudulmaz kəlamını söyləyib, Ana dilinə həsr edilmiş şeirlər deyibər. Sonda müəllim doğma dilimizin saflığından, müqəddəsliyindən danışıb.Ana dilimizin müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvəti olduğunu bildirib. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” təqdimatı ilə müzakirə sona çatıb. Şagirdlər bu təqdimatlarında doğma dilimizə olan sevgilərini bir daha göstəriblər.