Məktəbdə onlayn Pedaqoji Şura iclası keçirilib

27 aprel  tarixində məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirilib. İlk öncə məktəbin direktoru K.Qədirova müəllim heyətini gündəlikdə olan məsələlərlə tanış edib.İclasda I - ci siniflərdə ana dili və riyaziyyat fənləri üzrə tədrisin vəziyyəti, xarici dil fənninin tədrisi, IX- cu  siniflərdə ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə keçirilən yoxlamanın nəticələri, Virtual məktəbdə tədrisin keyfiyyəti, III-IV - cü siniflər arasında ana dili, riyaziyyat fənlərindən məktəbdaxili bilik yarışının nəticələri, proqram materiallarının yerinə yetirilməsi vəziyyəti, distant dərslərdə şagirdlərin davamiyyəti, təhsil müəssisələrində çalışan işçilərin Covid-19 xəstəliyi əleyhinə vaksinasiya işinin təşkili ilə bağlı Təhsil Nazirinin F-147 nömrəli əmrinin icrası geniş müzakirə olunub .Hər bir məsələ haqqında qərar qəbul olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi