Hər kitab bir xəzinədir

Məlum olduğu kimi UNESKO-nun qərarına əsasən, hər il aprel ayının 23-ü beynəlxalq səviyyədə "Ümumdünya Kitab və Müəlliflik Günü" kimi qeyd edilir. Bu məqsədlə məktəbdə silsilə tədbirlər keçirilib. Məktəbin ibtidai sinif müəllimi Tamilla Hacıyeva öz sinif şagirdləri ilə "Hər kitab bir xəzinədir" mövzusunda onların oxuduqları əsərlərin müzakirəsini keçirib. Uşaqların oxuduğu əsərlərdəki obrazlara münasibəti, mənfi və müsbət cəhətlərinin müzakirəsi aparılıb. Bundan başqa onların oxuduqları əsərlərə ayrı-ayrı verilən subyektiv fikirlər də çox maraqlı olub. Şagirdlərin apardığı diskusiyalar, əsərlərdəki obrazların şəkillərinin çəkilməsi, aparılan müzakirəni daha da maraqlı edib.