Nailiyyətlərimiz

MƏNTİQ OLİMPİADASINDA QALİBİYYƏTLütfi Zadə adına Məktəblilərarası Məntiq olimpiadasının final mərhələsinin nəticələrinə əsasən məktəbin V sinif şagirdi Ağayev Rəsul keçirilən məntiq olimpiadasının II yerinə layiq görülərək gümüş medalla təltif olunmuşdur. Şagirdimizi ürəkdən təbrik edir ona gələcək olimpiadalarda uğurlar arzulayırıq!

"BİZ ZƏFƏR QAZANDIQ" RƏSM MÜSABİQƏSİNDƏ QALİBİYYƏTİncə ruh, sehirli fırça sahibi 7 - ci sinif şagirdi Həmzəyeva Şükufə 125 N li tam orta məktəbə qazandığı uğurla sevinc bəxş edib. Gələcəyimizi quran Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Biz zəfər qazandıq" rəsm müsabiqəsinin qalibi olan, istedadlı şagirdimiz Həmzəyeva Şükufə Qənimətlər Parkında dəyərli incəsənət xadimlərinin iştirak etdiyi təqdimatda öz rəsm əsəri ilə xoş təəssüratlar yaradıb. Vətənə , dövlətə , millətə olan rəğbət və sevgi- hiss və duyğuların kağız üzərində təntənəsi gənc nəslin düzgün istiqamətdə böyüməsinin aydın nümunəsidir. Mükafatlandirma mərasimində Təhsil Nazirinin müavini Firudin Qurbanov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və bir çox incəsənət xadimləri iştirak etmişlər. Məktəbin istedadlı şagirdi Həmzəyeva Şükufə bu müsabiqədə III yerə layiq görülmüşdür. Şagirdimizə gələcək müsabiqələrdə də birincilik əldə etməyi arzulayırıq!

"MÜDRİK SİYASƏT VƏ QARABAĞ ZƏFƏRİ" ADLI MÜSABİQƏDƏ QALİBİYYƏT98-ci il dönümünü qeyd etdiyimiz ümummilli lider deyirdi: "Hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətinə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir". Ulu öndərin bu sözləri gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan biz müəllimlər üçün fəaliyyət proqramına çevrilmişdir. Müasir dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi Azərbaycan təhsilinin qarşısında duran mühüm vəzifələrdən biridir. Vətənpərvərlik hərkəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanan bir hissdir. Gənclərin milli, vətənpərvərlik ruhunda tərbiyəsi təkcə məktəbdaxili deyil, həm də məktəbdən xaric tədbirlərdə formalaşır. BŞİH-nin məktəblilər arasında keçirdiyi "Müdrik siyasət və Qarabağ zəfəri" adlı müsabiqə buna bariz nümunədir. 300-dən artıq məktəbin, 2000-dən çox məktəblinin iştirak etdiyi bu müsabiqədə məktəbin X sinif şagirdi Həmzəyeva Ləman böyük uğura imza ataraq qalib adını qazanmışdır. Bu həm də doğma məktəbimizin, onun müəllimlərinin uğuru deməkdir. Daim zirvələrə doğru, doğma 125!

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Ağazadə Əhədulla

Nərmin Quliyeva Etibar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi